...

Eksternat imtahanları başa çatıb (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2019 13:27 (UTC +04:00)
Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanların müsahibə mərhələsi başa çatıb.
Eksternat imtahanları başa çatıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanların müsahibə mərhələsi başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, imtahanda komissiya üzvləri tərəfindən müsahibələr aparılıb. Müsahibə zamanı 10 şagirdin bilik və bacarıqları yoxlanılaraq müvafiq rəy verilib.

İmtahanların nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat imtahanları Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti