Bakı. İlhamə İsabalayeva - Trend:
Rumıniya Milli Təhsil Nazirliyi 2019/2020-ci tədris ili çərçivəsində Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, proqram Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi ilə 11 oktyabr 2011-ci il tarixində Buxarest şəhərində imzalanmış müqaviləyə əsasən həyata keçirilir.
Proqram çərçivəsində bakalavriat və magistratura səviyyəsi üzrə 3 yer, doktorantura səviyyəsi üzrə 2 yer ayrılıb.
Proqramda iştirakla bağlı müraciət üçün son tarix aprelin 5-də olacaq.