...

Yasamaldakı supermarketdə kökədən çıxan şüşə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən AÇIQLAMA (ÖZƏL)

Cəmiyyət Materials 28 Fevral 2019 17:29 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Qida Təhlükəsizliyi Agentliyi Bakının Yasamal rayonundakı böyük supermarketlərdən birində göbələk içlikli kökənin içindən şüşə qırıntısının çıxması faktı ilə bağlı araşdırma aparıb.

Agentlikdən Trend-in faktla bağlı sorğusuna cavab olaraq, bildirilib ki, qeyd olunan qida məhsulu “Bon Appetit 1998 bakery” MMC-yə məxsus istehsalat sexində hazırlanıb.

Agentliyin əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin istehsalat sexində yoxlama həyata keçirib, aşkarlanmış qanun pozuntuları ilə bağlı müəsssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib:

“Bundan əlavə, müəssisənin rəhbərliyinə qida təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı tövsiyələr, sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı göstərişlər verilib, qanunvericiliyin tələbləri izah edilib. Agentlik tərəfindən həmin müəssisə nəzarətə götürülüb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti