...

İrandan soğan ixracına qadağa yayın sonuna qədər davam edə bilər

İqtisadiyyat Materials 3 Aprel 2019 15:52 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranda yerli bazarda vəziyyət nizama salınana qədər kartof və soğan ixracına qoyulan qadağa qüvvədə qalacaq.

Trend-in məlumatına görə, bunu ölkənin sənaye, mədən və ticarət naziri Rza Rəhmani deyib.

İranın Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Sektoru Təhlükələrinin Azaldılması və Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin baş direktoru Məhəmməd Musəvi isə bildirib ki, sel və daşqınlar nəticəsində 12 gün ərzində İranın 12 vilayətinin kənd təsərrüfatına 45 trilyon rialdan çox (təxminən 1,07 milyard dollar) ziyan dəyib. Bu ziyan nəticəsində kartof və soğanın ixracı dayandırılıb.

Qeyd edək ki, İranda ildə təxminən 5 milyon ton kartof istehsal edilir. 4,5 milyon tonu ölkədaxili tələbatı ödəyir, 500 min ton kartof isə ixrac üçün nəzərdə tutulur.

Kənd təsərrüfatına dəyən ziyanları nəzərə alsaq, kartof və soğanın ixracına qoyulan qadağanın yayın sonunadək davam edəcəyini proqnozlaşdırmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti