...

BDU-da əmək yarmarkası keçirilib (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2019 16:48 (UTC +04:00)
Bakı Dövlət Universitetində əmək yarmarkası keçirilib.
BDU-da əmək yarmarkası keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) əmək yarmarkası keçirilib.

Universitetin Mətbuat və İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, yarmarka tələbə və məzunlara əmək bazarına uyğunlaşmaq, öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək, mövcud vakansiyalar barədə məlumatlandırmaq, həmçinin onların işlə təmin olunmasına dəstək məqsədi ilə reallaşdırılıb.

20-dək müəssisənin təmsil olunduğu tədbirdə iştirakçılar idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar.

Əmək yarmarkasında Əmlak Məsələləri Dövlət Komitəsi, SOCAR AQŞ, BP Azərbaycan, “Azərsu”ASC, Deloitte şirkəti, TAC MMC, Atəşgah, Standart İnsurance sığorta şirkətləri, “AzerGold” QSC, Sinteks MMC, Xalq Bank, Kapital Bank, Yapı Kredi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşviyyat Xidməti, Psixologiya Elmi Tədqiqat İnstitutu və Narınc Uşaq Psixologiya Mərkəzi vakant iş yerlərini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti