...

İsveçrədə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə futbol turniri təşkil edilib (FOTO)

Cəmiyyət Materials 11 May 2019 06:40 (UTC +04:00)
2019-cu il mayın 10-da İsveçrədə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycanın bu ölkədəki Səfirliyi “Diplomatlar kuboku - 2019” adlı futbol turniri təşkil edib
İsveçrədə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə futbol turniri təşkil edilib (FOTO)

Bakı. Trend:

2019-cu il mayın 10-da İsveçrədə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycanın bu ölkədəki Səfirliyi “Diplomatlar kuboku - 2019” adlı futbol turniri təşkil edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, yarışma, həmçinin Bakının UEFA Avropa Liqasının 2019-cu il finalına ev sahibliyini təbliğ etmək məqsədi daşıyıb.

Turnir İsveçrədə akkreditə olunmuş diplomatik korpus təmsilçiləri arasında keçirilib.

Yarışma Rusiya yığmasının qələbəsi ilə yekunlaşıb. Sonda qalib və iştirakçılara kubok və digər xatirə hədiyyələri təqdim edilib.

Futbol turniri çərçivəsində Azərbaycanın “Avroviziya” təmsilçisinin lehinə də təbliğat aparılıb.

Ümummilli Liderin anadan olmasının ildönümü İsveçrədə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində də qeyd edilib. Heydər Əliyevə həsr olunan dərsdə şagirdlərə Ümummilli Liderin zəngin irsi barədə məlumat verilib. Məktəbin şagirdləri müdrik rəhbərin zəngin həyat və fəaliyyətini əks etdirən kitab və fotoşəkillərlə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti