Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 59 binada aparılır. İmtahanların idarə olunmasına 235 imtahan rəhbəri və 2562 nəzarətçi-müəllim cəlb olunub.

İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün "stasionar metal axtaran aparat"lar quraşdırılıb.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 6-dan etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası" da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- "İmtahana buraxılış vərəqəsi".

- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları "cavab vərəqi"ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə "cavab kartı"ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə I qrupda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV qrupda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Məlumat üçün bildirək ki, imtahanda 32 173 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 27 225 abituriyent I qrup üzrə, 4948 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 29 348 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 24 949, IV qrup üzrə 4399 nəfər), 2825 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2276, IV qrup üzrə 549 nəfər) məzunudur. Abituriyentlərin 19 438 nəfəri oğlanlar (I qrup üzrə 18065 nəfər, IV qrup üzrə 1373 nəfər), 12 735 nəfəri isə qızlardır (I qrup üzrə 9160 nəfər, IV qrup üzrə 3575 nəfər). 28288 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3320 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 48 nəfər ali təhsil müəssisələrinin, 517 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 164 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2004-cü ildəndir.

Bakı şəhərində 14 195, Naxçıvanda 721, Gəncədə 3557, Sumqayıtda 2080, Mingəçevirdə 1603, Şəkidə 2177, Bərdədə 1167, Göyçayda 1534, Şirvanda 1655, Lənkəranda 1989, Xaçmazda isə 1495 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 45-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir
Gürcüstanda olan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir
Koronavirusa yoluxan jurnalist Aynur Nəsirova sağalıb
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Kürdə batan şəxslərdən birinin meyiti tapılıb, digəri axtarılır
Ermənistanda koronavirusa yoluxanların sayı 31 min nəfəri keçib
Tvinninq layihəsinin yekun konfransı keçirilib
Kənar yollarla rayona sərnişin aparan sürücü və müştəriləri həbs olunub (FOTO/VİDEO)
Prezidentə yazırlar: Siz çətin günlərdə xalqımıza böyük dayaqsınız, biz sadə vətəndaşlar da daim sizinləyik
Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb
Deputat: Əhali sayı təxminən Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə yoluxma 60-70 mini ötür
Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlbi üzrə tədbirlərin icrası müzakirə edilib
Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Xəzər rayonunda karantin rejimi ilə əlaqədar monitorinqlər davam etdirir (FOTO)
Xüsusi icazəsi olanların şəxsiyyət vəsiqələri ilə sərnişin daşıyan sürücü tutuldu
Azərbaycan nümayəndəsi növbəti dövr üzrə ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının sədr müavini seçilib
Ağsuda mal-qara oğurlayan qəssab saxlanılıb (FOTO)
Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadıldı
Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir
Ermənistan sutka ərzində atəşkəsi 49 dəfə pozdu
Aya Sofyada ilk Cümə namazı iyulun 24-də qılınacaq
Sumqayıtda yataqxanada yanğın olub
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi artıb
Yaponiya və ABŞ Ayda araşdırmalar sahəsində əməkdaşlıq haqqında bəyannamə imzalayıblar
Milyarderlər sıralamasında İlon Mask Baffetti ötdü
ABŞ-da son sutkada koronavirusa yoluxanların sayı 63 min nəfəri ötüb
ABŞ-ın üç ştatları sahillərində qasırğa təhlükəsi elan edilib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alavesi" məğlub etdi
Kaliforniyada 10 minə yaxın məhkum azad ediləcək
"Real"ın futbolçusu Marselo zədə alıb
Cəlil Xəlilov: Minsk qrupu ya öz fəaliyyətində dönüş yaratmalı, ya da acizliyini etiraf etməlidir
Firəngiz Əliyeva: Bizim həkimlərimizin koronavirusla apardığı mübarizəni nə sözlə, nə yazmaqla ifadə etmək mümkün deyil (VİDEO)
Moskvada koronavirusdan ölənlərin sayı 4 116 nəfərə yüksəlib
Yaponiyada keçirilmiş sınaqlar "Favipiravir"in koronavirusun müalicəsində səmərəli olmadığını müəyyən edib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 228 mindən çox artıb
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 1 493 nəfər sağalıb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Çin 23 xarici müəssisədən ət məhsulları idxalını dayandırıb
Lavrov: BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidentinin təşəbbüsü ilə bağlı müzakirələr başlanır
Bu yollarda xətlənmə işləri aparılacaq
"Facebook" digər proqramların işinə çətinlik törədən qüsuru aradan qaldırmağa çalışır
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub (FOTO)
Ədliyyə Nazirliyi: İşçilər və məhkumlardan 13 minədək test götürülüb, 18 nəfərdə virus aşkarlanıb
Pambıq sahəsində dronla zərərvericilərə qarşı kimyəvi mübarizə aparılıb (FOTO)
Komitə: Auditin nəticələri əsasında tədbirlər keçirilir
Türkiyədə bir tondan çox narkotik müsadirə olunub
Bank VTB-nin (Azərbaycan) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Rasim Quliyev: Mərdliyi, qəhrəmanlığı olmayan adamlardan koroğlular ola bilməz
Aya Sofya muzey deyil, məscid olacaq
BNA-nın ünvanına səsləndirilən tənqidlər qərəzlidir - Rəy
Aİ-nin yeddillik büdcə planı fikir ayrılıqlarına görə azaldılacaq
Bu həftəsonu da ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
ÜST ekspertləri koronavirusu araşdırmaq üçün Çinə yol düşüb
Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi
DTX XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun həbsi ilə bağlı məlumat yaydı
YAP İcra Katibiyində “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib (FOTO)
Koronavirusla mübarizə aparan tibb işçiləri maksimum xüsusi geyimlə təmin olunur - Aparat rəhbəri
ABŞ səfirliyi 2020-2022-ci İllər üçün jurnalistika üzrə magistr proqramını elan edir
Hikmət Hacıyev: Gələn həftə ərzində xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam etdiriləcək
Bakı üzrə iyul ayının pensiyaları ödənildi
Nadir Zeynalov: Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur
Metronun bağlanmasının səbəbi açıqlandı
Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev
Sərt karantin rayonlarının bəziləri siyahıdan çıxarıla bilər - RƏSMİ AÇIQLAMA
TƏBİB çimərliklərlə bağlı açıqlama verib
Karantin müddətində xəstələrin bölgələrdən Bakıya xəstəxanalara gəlməsinə icazə verilir - TƏBİB
Bakıda koronavirusdan evdə müalicə olunanların sayı açıqlanıb
Hazırda biz yoluxma sayında eyniləşmə, sabitlik əldə etmişik - Yaqut Qarayeva
Ağstafanın keçmiş icra başçısı və müavinin həbs müddəti uzadıldı
Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu (VİDEO)
Respublikaya daxil olan bütün sürücülər test edilir - TƏBİB
Həftəsonu sərt karantin ərazilərində dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək - Şöbə müdiri
ABŞ-da növbəti dəfə rekord sayda yoluxma qeydə alındı
TƏBİB-ə müxtəlif idarə və təşkilatlardan əməkdaşlarının test edilməsi üçün tez-tez müraciətlər olur - Şöbə müddiri
TƏBİB: Virusa yoluxan şəxsin 21 gündən sonra yenidən test verməsi vacib deyil
Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub
Məhkəmə Faiq Bağırov barəsində ilkin qərar verib (ƏLAVƏ OLUNUB )
XİN-in Konsulluq İdarəsinin daha bir əməkdaşı həbs edildi
Hikmət Hacıyev: İctimai nəqliyyatdan istifadə edirəm
Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir - Nadir Zeynalov
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası işə başlayır
Azərbaycan vətəndaşlarına xarici ölkələrə səfərlərdən çəkinmək tövsiyə edilir - Hikmət Hacıyev
İş yerlərinin sayı azaldıldıqdan sonra metro bağlandı - Yaqut Qarayeva
Hikmət Hacıyev: Pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkim heyətinin gəlməsi nəzərdə tutulur
Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart və endirimli kredit
İyulun 13-də dolların manata qarşı məzənnəsi
Azərbaycandakı xəstələrin müalicəsi üçün xaricdən mütəxəssislər cəlb olunub - TƏBİB
Daha 60 gün karantin rejiminin tətbiq olunacağı barədə xəbərlər şayiədir - Hikmət Hacıyev
“İki sahil”in nəşrə başlamasından 29 il ötür
Yoluxma və sağalma sayı eyniləşir - Şöbə müdiri
Yaqut Qarayeva: Yaya görə karantinlə bağlı şikayətlər daxil olur
Azərbaycanda bu gün 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 8 nəfər ölüb
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
ABŞ xüsusi təyinatlılarında ilk dəfə qadın xidmət edəcək
Səhiyyə Nazirliyi: Bütün COVİD məntəqələri və bu məntəqələrin yerləşdiyi poliklinikaların hamısı qoruyucu vasitələrlə təmin edilib
İsmayıllıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb
"Unibank" özünüməşğulluq layihəsi çərçivəsində Qarabağ müharibəsi döyüşçüsünün arzusunu reallaşdırdı (FOTO)
Bütün xəbərlər