...

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər (FOTO)

Cəmiyyət Materials 21 İyun 2019 17:20 (UTC +04:00)
Bu gün Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri yekun Dövlət Attestasiyası Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanın (OSKİ) gedişatını izləyiblər.
İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri Tədris Cərrahiyyə Klinikasında keçirilən I və II müalicə-profilaktika fakültələrinin buraxılış kurs tələbələri üçün yekun Dövlət Attestasiyası Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanın (OSKİ) gedişatını izləyiblər.

Trend-in məlumatına görə, İctimai Nəzarət və Məsləhət Şurasının sədri, Milli Məclisin deputatı, həkim-qastroenteroloq İlham Məmmədov və şuranın üzvləri - “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli və tələbə-dekan Məhərrəm Alimli tələbələrin praktik bacarıqlarının necə qiymətləndirilməsi ilə maraqlanıblar.

İmtahanın gedişində tələbələrin və ekspertlərin fikirlərini də öyrənən şura üzvləri imtahan prosesinin çox ra¬hat keçdiyini müşahidə ediblər.

Artıq iki ildir ki, ölkə başçısının müvafiq Sərəncamı ilə İctimai Nəzarət və Məsləhət Şurasının yaradıldığını deyən şuranın üzvü Aidə Bəndəliyeva son illərdə ATU-da aparılan islahatların öz bəhrəsini verdiyini söyləyib: “Şura üzvləri tərəfindən bütün kurslarda kütləvi və fərdi şəkildə söhbətlər aparılır, həm qış, həm də yay sessiyasında mütəmadi olaraq reydlər keçirilir. İmtahan Mərkəzinin, Appelyasiya Komissiyasının işi ilə yaxından tanış oluruq. Bu gün də Daxili xəstəliklər, Cərrahi xəstəliklər və Urologiya ixtisasları üzrə keçirilən yekun Dövlət Attestasiyası Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanın gedişini izlədik. Müşahidələrimiz göstərir ki, tələbələr bacarıq imtahanlarına məsuliyyətlə hazırlaşıb və bu bizi çox sevindirir. Eyni zamanda, onların təcrübi biliklərini nümayiş etdirməsi üçün də hər cür şərait yaradılıb”.

Universitetin tədris binalarında rəy qutularının yerləşdirildiyini bildirən Aidə xanım müəllimlərin dərsə münasibəti, dərsin keyfiyyəti, sualların tərtibatında rast gəlinən problemlər, müəllimlərlə tələbələr arasında etik münasibətlər, eləcə də digər məsələlərə dair məktublar aldıqlarını, həmin məktubların komissiya tərəfindən araşdırılaraq universitet rəhbərliyinə məruzə olunduğunu, mövcud nöqsanların aradan qaldırıldığını diqqətə çatdırıb.

Cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsildə də ictimai nəzarətin olmasının əhəmiyyətindən danışan şuranın sədri İlham Məmmədov da imtahanın gedişi barədə təəssüratlarını bölüşüb: “Komissiya üzvlərinin ümumi rəyi budur ki, Azərbaycan Tibb Universitetində tədrisin keyfiyyəti çox yaxşılaşıb. Biliyin qiymətləndirilməsində dünya standartlarına cavab verən metodologiyadan istifadə olunur. Əsas məqsəd Azərbaycan xalqının sağlamlığı keşiyində duran savadlı həkimlərin yetişdirilməsidir. Təsadüfi deyil ki, imtahanın gedişində nəzəri biliklərin xüsusi mulyajlar üzərində tətbiqinin, laborator-funksional diaqnozun qoyulması üçün təcrübi proseslərin icra mexanizminin necə aparıldığının şahidi olduq”.

İctimai nəzarətin vətəndaş cəmiyyəti ilə qurumlar arasında əməkdaşlığın daha da genişlənməsinə səbəb olduğunu deyən İ.Məmmədov imtahan prosesinin təkmilləşdirilməsinin gələcək həkimlərin fəaliyyətində müstəsna rol oynayacağını vurğulayıb.

Qeyd edək ki, imtahan zamanı buraxılış kurs tələbləri 10 bacarıq üzrə praktik vərdişlərini nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti