Bakı. İlhamə İsabalayeva – Trend:
2019-cu il iyul ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 8 milyard 736,3 milyon manat təşkil edib.
Trend-in məlumatına görə, əmanətlərin 56,5 faizi xarici, 43,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 24,7 faiz artıb, xarici valyutada əmanətlər isə 2,5 faiz azalıb.
2019-cu il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13 milyard 482,6 milyon manat təşkil edib, onun 10 milyard 831,3 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 11,0 faizini təşkil edib.