Xəstəsinə qan köçürülməsini istəyənlər donor axtarmalıdır?

Xəstəsinə qan köçürülməsini istəyənlər donor axtarmalıdır?

Bakı. İlhamə İsabalayeva - Trend:

Bəzən sosial şəbəkələrdə xəstə üçün təcili olaraq donorun axtarılması kimi məlumatlarla rastlaşırıq. Ehtiyac duyulan qanın qrupunun, hətta rezus-amilinin də xüsusi qeyd edildiyi bu məlumatlarda xəstələrin həyatlarının sanki tapılacaq donordan asılı olduğu nəzərə çatdırılır.

Azərbaycanda dövlət tərəfindən qan ehtiyatının toplanıldığı nəzərə alınarsa, onda suallar yaranır. Görəsən, dövlət və ya özəl müəssisədə yerləşdirilməsindən asılı olmayaraq, xəstə üçün donor tapılmadığı halda ona qan köçürülmür? Xəstəyə qan köçürülməsi üçün əvvəlcə donor tapılmalı, daha sonra ona qan köçürülməlidir?

Bu məsələlərə aydınlıq gətirən Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Trend-ə deyib ki, Qan Bankından qanın alınması üçün mütləq şəkildə xəstənin müalicə aldığı xəstəxananın baş həkiminin imzası ilə onlara tələbnamə daxil olmalıdır:

"Xəstənin qana tələbatının olduğunu onun həkimi təyin edir. Daha sonra xəstə üçün qanın alınması məqsədilə xəstəxananın baş həkiminin imzası, möhürü ilə tələbnamə hazırlanmalıdır. Tibb işçisi tələbnamə ilə Qan Bankına gələrək müraciət edir və onun əsasında da xəstə üçün qan verilir. Heç kim Qan Bankından özbaşına qan götürüb xəstəsinə vurdura bilməz. Bu, mütləq xəstəxana şəraitində həyata keçirilməlidir".

Z.Əlimirzəyeva qeyd edib ki, tələbnamə olmadığı halda Qan Bankından qan buraxılmır: "Lap donor da gəlib xəstə üçün qan versə belə, rəsmi sənəd olmadan - tələbnaməsiz Qan Bankından qan buraxıla bilməz. Çünki bu, strateji bir məsələdir və qanın buraxılması üçün tibbi göstəriş olmalıdır".

İnstitut direktoru əlavə edib ki, donor olmasa belə, tələbnamə ilə Qan Bankına müraciət edildikdə xəstə üçün qan verilir:

"Bəzən xəstə üçün donor tapılmaya da bilər. Bu zaman sözsüz ki, xəstəyə kömək edilir. Bizə o qədər qan köçürülməsi həyati göstəriş hesab edilən, amma kimsəsi olmayan şəxslər müraciətlər edir ki! Təbiidr ki, biz bu halda ehtiyatımızdan istifadə edirik. Amma nəzərə almaq lazımdır ki, qan ehtiyatı da tükənir. Toplanılan qan ehtiyatından hər ay istifadə edilir. Digər tərəfdən, qanın da saxlanma müddəti var. Tərkibindəki saxlayıcı, qoruyucu maddələrdən asılı olaraq, qan 1 ay - 42 gün saxlanılır. Qan ehtiyatı tükənir, ancaq ona hər gün tələbat var, ona görə də qan ehtiyatı daim yenilənməlidir. Bundan əlavə, bizim daim toxunulmayan ehtiyat qanımız olmalıdır ki, hər hansı fövqəladə hadisə, çoxlu insanların xəsarət alınması ilə nəticələnən qəza baş verə bilər. Bütün buna görə də donorluq könüllü və daimi proses olmalıdır. Bəzən xəstənin qohumlarına deyəndə ki, qan verin, onlar əsəbiləşirlər ki, mən niyə qan verirəm? Dövlət bizi qanla təmin etməlidir. Amma başa salırıq ki, kimsə sizin xəstənizə qan verirsə, siz də qan verməlisiniz ki, qan ehtiyatı yenilənsin. Digər tərəfdən, axı, qan canlı dərmandır və o, yalnız insanlardan tədarük edilir. Buna görə də insanlar tərəfindən donorun axtarılması ilə bağlı çağırışlar olmalıdır".

İnstitut direktoru bildirib ki, əgər donor xəstə üçün tələb olunmayan qan qrupu üzrə qan versə də, xəstəyə lazımi qan verilir.

Donorluğun insan orqanizmi üçün olduqca xeyirli olduğunu deyən Z.Əlimirzəyeva qeyd edib ki, insan donor olmaqla həm kiməsə yaxşılıq edir, həm də qanını yoxlatmış olur.

Direktorun sözlərinə görə, toplanmış qan ehtiyatından hər ay qan xəstəliklərindən əziyyət çəkən xəstələr, cərrahiyyə əməliyyatları, doğuşlar üçün istifadə edilir.

Azərbaycanın təmizlənmiş fındıq ixracı artır
Azərbaycanın təmizlənmiş fındıq ixracı artır
Azərbaycan Türkiyədən mebel idxalını artırıb
Azərbaycan Türkiyədən mebel idxalını artırıb
Rusiya beynəlxalq uçuşları bərpa edir
Rusiya beynəlxalq uçuşları bərpa edir
Loading Bars
Xəbər lenti
Abşeronda karantin qaydalarını pozan restoran sahibi və müştərilər saxlanılıb (FOTO)
13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılması davam edəcək
13 şəhər və rayonda qüvvədə olan məhdudiyyətlər - SİYAHI
Çimərliklərin fəaliyyətinə icazə verilir
Avqustun 5-dən SMS icazə ləğv olunur
Operativ Qərargah karantin rejiminin yumşaldılması ilə bağlı QƏRAR verdi
İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb
Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı
Serbiya parlamentinin qarşısında etiraz aksiyası keçirilib
Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin adına saxta "Twitter" hesabı açılıb
Gürcüstandan gələn yük maşınlarında dərman preparatları aşkarlandı (FOTO)
“Trabzonspor”a yeni baş məşqçi təyin edilib
Ermənistanda diaspor siyasətinə məsul şəxslərin vəzifədən azad olunmaları təsadüfü deyil - Deputat
Rusiyada quş qripi infeksiyası aşkar edilib
“EduHack” hakatonu yekunlaşdı: Distant təhsil problemlərinə qarşı 18 innovativ təqdimat (FOTO)
İtaliya Azərbaycana tibbi missiya göndərir
Siyəzəndə karantini pozanlar cərimələnib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 310 mini keçib
BNA-dan xəbərdarlıq: Karantin qaydalarını pozan daşıyıcılar barədə hüquq mühafizə orqanlarına müraciət olunacaq (FOTO)
DİM: Rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə də icazə verilir
Gəncədə 38 yaşlı kişi meyiti tapılıb
Sabiq Roma papası ağır xəstələnib
Sabah Bakıda 29, rayonlarda 34 dərəcə isti olacaq
Rusiyada daha 5 min nəfər koronavirusa yoluxub
Bu abituriyentlər yenidən imtahan verəcəklər
Belarusa Azərbaycan neftini daşıyan növbəti tanker Supsa limanından yola düşüb
Zaqatalaya leysan yağıb, iki kənd susuz qalıb
Ehsan Zahidov: Fuad Qəhrəmanlı ad və soyadlı şəxs ümumiyyətlə qeyd olunan İdarəyə gətirilməyib
688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu UFC prezidentinə etiraz məktubu göndərib
Azərbaycanın təmizlənmiş fındıq ixracı artır
Xızıda poçtdan oğurluq edən şəxs tutuldu (FOTO)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb
Melburnda karantin rejimi sərtləşdirilir
Polis ictimai nəqliyyatda nəzarət tədbirlərini davam etdirir (FOTO)
Bu il müəllimlərin işə qəbulu müsabiqəsində 46 mindən çox namizəd iştirak edəcək
Çaylarda sululuq artıb
Bir neçə çaydan sel keçib - Faktiki hava
Göygöldə silsilə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
"Microsoft" "TikTok"u satın almaq niyyətindədir
AZAL İstanbul istiqamətində reyslərin sayını yenidən artırır
İlanların təhlükəsindən qorunmaq üçün TƏKLİF: Serpentoloqlardan ibarət qurum yaradılsın
Oğuzda narkotik becərən qohumlar polisə atəş açıb (FOTO)
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları elektron qeydiyyatdan keçəcək
Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı (FOTO)
Arif Məlikovun “Noktürn”ü Los-Anceles festivalında səsləndirilib (FOTO)
Ermənistanda orduya muzdlular cəlb edilir, Azərbaycanda isə minlərlə gənc könüllü olaraq ordu sıralarına yazılır - Ekspert
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Cənubi Koreyada güclü yağışlar 6 nəfərin ölümünə səbəb oldu
Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alan var (FOTO)
Qazaxıstanda koronavirusa yoluxanların sayı 92 min nəfəri ötüb
Ermənistan ilə Faşist Almaniyası arasında oxşarlıqlar nədir? (VİDEO)
Dünyada 18 milyondan artıq insan koronavirusa yoluxub
Hemilton "Formula-1" üzrə Böyük Britaniya Qran Prisinin qalibi oldu
Kolumbiyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb
Tramp Şimali Karolinada fövqəladə vəziyyət rejimi elan edib
ABŞ və Rusiya yaxın zamanda terrorizmlə mübarizəni müzakirə edə bilərlər
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Moskvada koronavirusdan ölənlərin sayı 4 498 nəfərə çatıb
Misirdə mikroavtobus kanala aşıb, ölənlər var
Qırğızıstanda daha 420 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb
"Crew Dragon" Meksika körfəzində suya eniş edib
"Open Azerbaijan" Beynəlxalq Virtual Kata turnirinin qalibləri müəyyənləşib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 262 mindən çox artıb
Azərbaycanlı Kanadalılar Şəbəkəsi Torontoda ermənilərin soydaşlarımıza hücumu ilə bağlı məlumat yaydı
Qəzza zolağından İsrail ərazisinə raket atılıb
Gürcüstanda daha 6 nəfər koronavirusa yoluxub
Azərbaycan diasporu vahid qüvvə kimi Azərbaycan ordusunun gücünə güc qatdı - Ekspert
Türkiyədə koronavirusdan sağalanların sayı 216 min nəfəri ötüb
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Nardaranda dənizdə batan şəxsin meyiti tapılıb
Əfqanıstanda güclü partlayış baş verib
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 02.08.2020 tarixli bölüm
Azərbaycanda 286 nəfər koronavirusa yoluxdu, 639 nəfər sağaldı, 8 nəfər öldü
Səfirlik: Kanadada azərbaycanlılara hücum edən ermənilərin yeri müəyyən edilib
"Lester"in qapıçısı Şmeyxel "Mançester Yunayted"ə transfer edilə bilər
Baş Prokurorluq: Siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir
Ombudsman Bakı İstintaq Təcridxanasına baş çəkib
Arzu Nağıyev: Azərbaycan ordusu tam komplektləşdirilib və güclü kadr hesabına malikdir (VİDEO)
Müdafiə Nazirliyi: General-mayor Polad Həşimov əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub
Pərvin Kərimzadə: Ermənistanın siyasəti regionda sülhə və təhlükəsizliyə əsas təhdiddir
Erməni vandalları Qurban bayramı günündə belə öz riyakarlıqlarına ara vermədilər - Deputat
Nardaranda sursat aşkar edilib
AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir (VİDEO)
İranda daha 208 nәfәr koronavirusdan ölüb
Birlik və bərabərlik, xeyirxahlıq və mərhəmət Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın cəmiyyətimizə aşıladığı ən ali dəyərlərdir - Sevil Mikayılova
Komitə həssas təbəqədən olan ailələrə yardımını davam etdirir (FOTO)
Sabah Bakıda yağış yağacaq
Azərbaycan diasporlarının ortaya qoyduğu birlik, həmrəylik və cəsarət performansına görə Paşinyan dilxor vəziyyətdədir - Deputat
"Diaspor Qadınları Şəbəkəsi" çərçivəsində “Qarabağ" memorial muzey kompleksinin layihəsi müzakirə olunub
Türkiyə turlarının qiymətləri kəskin BAHALAŞIB - Ekspert
Hikmət Babaoğlu: Erməni lobbisinin Azərbaycan diasporuna uduzması həm Paşinyanı, həm də bu ölkə ictimaiyyətini qəzəbləndirib
ƏƏSMN: Son 6 ayda 646 min vətəndaşın müraciəti cavablandırılıb
Yol qəzası qaz xəttini zədələdi
Çində son sutkada 69 koronavirusa yoluxma halı aşkarlanıb
Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir - Politoloq
Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb
Ceyhun Məmmədov: Dünya ictimaiyyəti birmənalı olaraq qəbul edib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır
Bütün xəbərlər