...

“Nizami” stansiyasında eskalatorun təmiri başa çatdı (FOTO)

Cəmiyyət Materials 18 Sentyabr 2019 17:49 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

İyun ayında texniki normativlərin tələbinə uyğun olaraq əsaslı təmirə dayandırılmış “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatoru istismara verilib.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Ötən müddət ərzində "Bakı Metropoliteni" QSC-nin müvafiq sahəsi eskalatoru sökərək, təftiş edib, təmir işləri aparıb, zəruri hissələri yeniləyib. Quraşdırma və sınaq-tənzimləmə işlərindən sonra müvafiq baxış keçirilərək eskalatorun istismar vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, görülən işin keyfiyyəti qiymətləndirilib.

Onu xüsusi vurğulamaq lazımdır ki, bu tip eskalatorlar 110.000 km-ə yaxın qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

“Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti