...

Kənd Təsərrüfatı Nazirliyi: İsmayıllıdakı hadisə günvurna ilə bağlıdır (ÖZƏL)

Cəmiyyət Materials 19 Sentyabr 2019 14:28 (UTC +04:00)
İsmayıllıda festivalda kütləvi zəhərlənmə olmayıb
Kənd Təsərrüfatı Nazirliyi: İsmayıllıdakı hadisə günvurna ilə bağlıdır (ÖZƏL)

Bakı. Samir Əli - Trend:

İsmayıllı rayonunda keçirilmiş "Kartof festivalı"nda 7 nəfərin qidadan zəhərlənməsi barədə məlumat əsassızdır.

Bunu Trend-ə özəl açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib.

Onun sözlərinə görə, İsmayıllı rayon xəstəxanasına müraciət edənlərin səhhətində yaranmış problemlərin günvurmadan qaynaqlandığını bildiriblər: “Xəstəxanaya müraciət edənlər hamısı bir şirkətin işçiləridir. Onlar sahədə işləyən zaman günvurmaya məruz qalıblar. Festival dünən keçirilib, orada yüzlərlə insan iştirak edib. Xəstəxanaya müraciət isə bu gün, festivaldan 24 saat sonra olub. Əgər qida zəhərlənməsi olsaydı, eyni simptomlar digər iştirakçılarda da müşahidə olunardı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti