...

VI Bakı Beynəlxalq Kitab Sərgisində “Xalq Əmanəti”nə böyük maraq

Cəmiyyət Materials 1 Oktyabr 2019 15:44 (UTC +04:00)
Sentyabrın 27-29-da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib.
VI Bakı Beynəlxalq Kitab Sərgisində “Xalq Əmanəti”nə böyük maraq

Bakı. Trend:

Sentyabrın 27-29-da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib.

Bakı İdman Sarayında təşkil olunan ənənəvi sərgi-yarmarkada 23 ölkəni təmsil edən 100-dən artıq kitabxana, nəşriyyat və poliqrafiya müəssisələri iştirak edib, öz nəşrlərini sərgiləyib və kitablarının satışını həyata keçirib. Sərgi çərçivəsində çoxsaylı kitab təqdimatları, dəyirmi masalar, imza günləri, müzakirələr keçirilib.

Xalq Bank “Xalq Əmanəti” layihəsi ilə bu sərgiyə dördüncü dəfə qatılır. Layihə çərçivəsində nəşr olunan kitablardan ibarət ekspozisiya qonaqların böyük marağına səbəb olub. Xalq Bankın kitab guşəsini ziyarət edən yüzlərlə qonaq “Xalq Əmanəti” layihəsinin nəşrləri ilə tanış olub, bankın mədəni irsimizin qorunması işinə verdiyi töhfəni yüksək qiymətləndirib və kitablar haqda müsbət fikirlərini bildiriblər.

Builki sərgidə “Xalq Əmanəti” layihəsi çərçivəsində 2010-cu ildən başlayaraq işıq üzü görən 18 nəşr təqdim olunub. Bunlar Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, eləcə də Ələkbər Rzaquliyev, Vəcihə Səmədova, Mahmud Tağıyev, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov və aprel döyüşlərində şəhid olan gənc heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət bədii albomlar; Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, Mirzə Şəfi Vazehin bütün əsərləri, “Aşıq Ədəbiyyatı Antologiyası” üçcildliyi, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti