...

“Sağlam məktəbli” bu dəfə Binəqədi rayonu 83 saylı orta məktəbdə (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2019 17:14 (UTC +04:00)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində tədbirlərini davam etdirir.
“Sağlam məktəbli” bu dəfə Binəqədi rayonu 83 saylı orta məktəbdə (FOTO)

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində tədbirlərini davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, bu istiqamətdə növbəti görüş “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhər, Binəqədi rayonu 83 saylı orta məktəbin şagirdləri ilə keçirilib.

Tədbirdə şagirdlərə Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, onlara qida təhlükəsizliyi ilə bağlı hazırlanmış sosial videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, düzgün və sağlam qidalanma, enerji içkilərinin insan orqanizminə ziyanları barədə ətraflı məlumat verilib.

Görüşdə məktəblilərin qida təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının artırılması, vərdişlərinin formalaşdırılması istiqamətində metodiki tövsiyələr verilib, bir istehlakçı kimi bu sahə ilə bağlı qarşılaşdıqları hər hansı problem olduqda və ya sağlam qidalanma ilə bağlı onları maraqlandıran suallar yarandıqda Agentliyin 1003 Çağrı Mərkəzinə müraciət etmələri bildirilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin bu tədris ilində də bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti