...

Bu il Bakıda 55 nəfərdən ibarət 26 cinayətkar qrup zərərsizləşdirilib

Cəmiyyət Materials 24 Oktyabr 2019 09:50 (UTC +04:00)
Paytaxt polisi tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin 9 ayında 26 soyğunçuluq və quldurluq cinayətlərində şübhəli bilinən 55 nəfərdən ibarət 26 qrup zərərsizləşdirilib.
Bu il Bakıda 55 nəfərdən ibarət 26 cinayətkar qrup zərərsizləşdirilib

Bakı. Samir Əli - Trend:

Paytaxt polisi tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin 9 ayında 26 soyğunçuluq və quldurluq cinayətlərində şübhəli bilinən 55 nəfərdən ibarət 26 qrup zərərsizləşdirilib.

Bu barədə Trend-ə açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hesabat dövrü ərzində 74 mənzil oğurluğu törədən 98 nəfərdən ibarət 42 cinayətkar qrup ifşa olunub.

E.Hacıyev əlavə edib ki, hər bir fakt üzrə polis orqanlarında şübhəli şəxslərin istintaqı, ictimai təhlükəli əməllərin profilaktikası üzrə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti