Şadlıq saraylarında əhaliyə “nərə” balığı adı altında “naqqa” balığı təqdim edilır - AQTA

Şadlıq saraylarında əhaliyə “nərə” balığı adı altında “naqqa” balığı təqdim edilır - AQTA

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, həmçinin istehlakçı hüquqlarının qorunması istiqamətində tədbirlər davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, son zamanlar Agentlik tərəfindən ictimai iaşə müəssisələrində aparılan monitorinqlər zamanı aşkar olunmuş bir sıra nöqsanlarla yanaşı, istehlakçı hüquqlarının pozulması hallarına sıx şəkildə rast gəlinir. Belə ki, əhaliyə xidmət göstərən ictimai iaşə müəssisələri tərəfindən müştərilərə təqdim edilən balıq və balıq məhsullarının adı, habelə keyfiyyəti ilə bağlı istehlakçıların aldadılması halları aşkar olunmaqdadır.

Həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə "nərə" balığı adı altında keyfiyyəti və qiyməti aşağı olan, bəzi xüsusiyyətlərinə görə "nərə" balığına oxşayan "naqqa" balığının təqdim edildiyi aşkar olunub. Qeyd edək ki, naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüşü olduğu üçün onları nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Naqqa balığının bu xüsusiyyətindən istifadə edən işbazlar istehlakçıları aldatmağa cəhd göstərirlər.

Məlum olduğu kimi, bu balıq növlərini fərqləndirmək üçün aşağıdakılara diqqət edilməlidir. Belə ki, nərə balığının bədən uzunu boyunca 5 uzanan özünəməxsus tikanabənzər sümüklü pulcuqları vardir və onlar təmizlənsə belə dəridə kobud şəkildə izləri qalır. Lakin naqqa balığının dərisi demək olar ki təmizdir, hamar səthdə heç bir çıxıntı və ya pulcuğa rast gəlinmir.

Əgər balığın dərisi tamamilə təmizlənib, sadəcə əzələ hissəsi qalıbsa, nərə balığında əzələlərarası növbəli şəkildə sarı yağ kütləsi olduğu halda, naqqa balığında bu, ağ rəngdədir. Bu göstərici, əsasən, daha iri kütləli növlərə aiddir. Tam bişmiş və heç bir halda fərqləndirici xüsusiyyət müşahidə olunmadıqda isə təqdim olunan məhsulun dadı ilə də fərqləndirmək mümkündür. Çünki naqqa balığı nərə balığına nisbətən daha spesifik dada malikdir.

Nərə balığının morfoloji xüsusiyyətləri aşağıdakılardır:

Nərələr, adətən, uzunsov bədən formasına və nisbətən uzun buruna malikdir, həmçinin dişsiz və hərəkətli ağzı, başın altında yerləşən ətli dodaqları vardır. Nərəkimilər (Acipenseriformes) dəstəsinə aid olan bu qədim balıqlar qığırdaqlı skeletə, akulaya bənzər quyruq üzgəcinə, ən əsas bədən boyu paralel uzanan 5 özünəməxsus sümüklü pulcuqlara, çox yaxşı inkişaf etmiş ağız aparatına və onun yanlarında həssas bığcıqlara malik olması ilə digər balıqlardan fərqlənir. Araşdırmalara əsasən, nərə balıqlarının uzunluğu yetkin dişi və erkək fərd olmaqla növlər arasında dəyişərək 1-2 metrə qədər, çəkiləri isə 100-1500 kq-a qədər ola bilər.

Naqqa balığını isə aşağıdakı xüsusiyyətlərinə görə müəyyən etmək olar:

Naqqa balığı dünyanın ən böyük şirin su balıq növlərindən biridir, uzunluğu 300 sm (3 metr) və çəkisi 150 kq-a çatır (adətən, boyu 1.3-1.6 m və çəkisi 15-20 kq arasında dəyişir)

Bir çox digər naxakimilərin növləri kimi, naqqa balığı aşağıdakı kimi xarakterizə edilə bilər:

  • Uzun, üzəri həlməşik maye (mukus) ilə örtülmüş, pulcuğu az olan bədən örtüyünə və yandan düz bir quyruğa malikdir;
  • Üçbucaq formalı başı bədən uzunluğunun təxminən 20%-ni təşkil edir;
  • Geniş aralı burun deşiklərinə malik, yumru və düz buruna sahibdir
  • Çox kiçik uclu dişləri olan böyük ağzı və kiçik gözləri vardır
  • Üst çənədəki ağızın hər tərəfində iki böyük bığa və alt çənədə dörd qısa bığa malikdir;
  • Balığın ümumi uzunluğunun təxminən 60%-ni təşkil edən böyük bir üzgəci vardır;
  • Quyruq üzgəci isə, ümumiyyətlə, kiçikdir və yumrudur;
  • Bədənin üst tərəfi tünd yaşımtıl qara rəngə, ağımtıl və ya sarımtıl qarın hissəsi isə boz-ağ rəngə malikdir.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçıların malların keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüquqları var.

AQTA əhaliyə müraciət edərək bildirir ki, ictimai nəzarəti həyata keçirərək, ictimai iaşə müəssisələrində, həmçinin ailə şənlikləri ilə bağlı şadlıq saraylarında təqdim edilən balıq məhsullarının təhlükəsizliyini və mənşəyini təsdiq edən sənədləri tələb etsinlər.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını qətiyyətlə alacaq.

Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Loading Bars
Xəbər lenti
Abşeronda ikimərtəbəli evdə yanğın olub
Baş Prokurorluq Masallıda əməliyyat keçirdi, baş həkim saxlanıldı
Azərbaycana elektrik və hibrid avtomobillərin gətirilməsi necə stimullaşdırıla bilər?
Qorxu sindromuna tutulan Ermənistan: Böhran, xaos, başlıbaşınalıq... - TƏHLİL
Azərbaycan dünyada ilk dəfə tətbiq edilən yeni texnologiya əsasında sürtkü yağları istehsal edir
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib (FOTO)
Maliyyə Nazirliyi cəbhə bölgəsində olan hərbçilərin maaşlarının azalması iddiası ilə bağlı AÇIQLAMA yayıb
“ADA” Universiteti işğaldan azad olunmuş ərazilərə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
Azərbaycanda 632 nəfər COVID-19-dan sağalıb, 280 nəfər yoluxub, 11 nəfər vəfat edib
Yeniyetmələrdən ibarət seçmə komandaya yeni məşqçi təyinatları olub
Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs saxlanılıb
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib (FOTO/VİDEO)
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb
Dövlət Neft Fondunun 2020-ci il üzrə gəlir və xərcləri açıqlandı
Tibb işçilərindən sonra 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanacaq - Ramin Bayramlı
Ovçular nəyə diqqət etməlidir? - Xidmət rəisindən ovçulara XƏBƏRDARLIQ (VİDEO)
Nazir "Ali təhsil haqqında" qanun layihəsinin əsas məqsədlərini açıqlayb
AMEA-da kadr dəyişikliyi olub
"Ali təhsil haqqında" qanunun ilkin variantı hazırlanacaq - Komitə sədri
Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə
Rəssam Aida Mahmudovanın ABŞ-da açılan ikinci fərdi sərgisi böyük maraqla qarşılanıb
Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi
Milli Məclisdə "Ali təhsil haqqında" qanun layhəsi ilə bağlı geniş videokonfrans keçirilib (FOTO)
Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq
Dərslər yenidən başlayır: Bağçalar və repetitorluq necə olacaq? - Qısa İZAH
Qlobal vaksin istehsalının 60 faizi Hindistanın payına düşür - Səfir
Texniki Universitetə yeni prorektor təyin olunub (FOTO)
Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi (FOTO)
Şuşa və digər azad olunmuş ərazilərdə xidmət edən hərbçilərdə ruh yüksəkliyi var - Hərbi ekspert
Qarabağın dirçəlişinə dəstək həyat tərzinə çevrilməlidir - Mikayıl Cabbarov
BMqT işğaldan azad olunmuş ərazilərdə kəhrizlərin bərpası layihəsini təklif edib (FOTO)
İşğal altında uzun müddət saxlanılmış torpaqların dirçəldilməsi dövrü başlayır - Fransadakı səfirimiz
Kipr martın 1-dən sərhədləri açır
Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi, qazi Ruhin Əkbərli (VİDEO)
Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi (FOTO/VİDEO)
500 manatlıq pul nişanı tədavülə buraxılmayıb - Mərkəzi Bank
Yerevanda aksiya: Müharibədə iştirak etmiş könüllülər etiraz edirlər
Göyçayda 367 nəfər koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
"Azərişıq"da gücləndirilmiş iş rejimi davam etdirilir (VİDEO)
"Ramiz Hacıyev" kran gəmisi əsaslı təmir olunub
“Dostluq” neft yatağı eyni soy kökə malik ölkələrin birgə əməkdaşlığının və dialoqunun simvoludur - Tamam Cəfərova
Son bir ayda ehtiyacı olan qazilərə 600-dən çox reabilitasiya vasitəsi verilib
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
Ağdamda işğaldan azad olunan 1 611 hektar ərazidə buğda əkilib (ÖZƏL)
Erməni təxribatı nəticəsində Tərtərdə 5138 obyektə ziyan dəyib
ADNSU Mingəçevir Dövlət Universitetinin tədris-metodiki bazasının gücləndirilməsinə dəstək göstərir (FOTO)
Zidan koronavirusa yoluxub
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası tıxacların azalmasına təsir edə bilərmi?
ÜST “ASAN Könüllüləri” ilə birlikdə maska paylanma aksiyasına başlayıb (FOTO)
Vaksinlərin COVİD-19-un mutasiyaya uğrayan ştammı üçün effektli olub-olmaması açıqlanıb
Britaniya azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə bilər - Səfir
Azərbaycanda dövlət dil qaydalarını pozanlar cərimələnəcək (MÜSAHİBƏ) (VİDEO)
Gömrükdən dövlət büdcəsinə köçürülən vəsaitin həcmi açıqlandı
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinin qətnaməsinə cavab
“Azərbaycan müəllimi" qəzetinin bugünkü buraxılışında rektor Şahin Bayramovun məqaləsi dərc olunub (II hissə)
Azərbaycan gimnastları İsveçrədə Avropa çempionatında iştirak edəcək
Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır
Ukraynada matəm elan edilib
Narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı cinayət işlərinin sayı açıqlandı
"8 Noyabr" stansiyasına rəis müavini təyin edildi, heyət komplektləşdirildi
İşğaldan azad edilmiş ərazilər üçün məqsədli, aktiv məşğulluq proqramları hazırlanır
Samuxda 39.5 kilometrlik yol yenidən qurulub (FOTO)
Binədə 6 evdən oğurluq edən şəxs saxlanıldı
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın növbəti tarixi uğuru
İranda koronavirusdan daha 75 nəfər ölüb
“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Fevralın 1-dən birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi (FOTO)
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
27 dövlət əmlakı hərraca çıxarılacaq
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
Nüfuzlu “Springer International Publishing” nəşriyyatı MİDA-nın uğurlu fəaliyyətindən yazıb
Bu yolda hərəkət qismən məhdudlaşdırılır
20 Yanvar faciəsi müasir siyasi fəlsəfə kontekstində təhlil edilib
UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul olunub (FOTO)
Narazı şagirdlər yenidən qiymətləndirmədən keçə bilərlər - Şöbə müdiri
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman
Gömrükçülər yük avtomobilindən 38 ədəd “Iphone 12” müsadirə edib (VİDEO)
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor
Ermənistanda İkinci Qarabağ müharibəsinin yekunları ağır qəbul edilir - Rusiyalı ekspert
Fənn olimpiadaları fevralın sonu ənənəvi qaydada keçirilə bilər
Füzuli rayonunun Qarğabazar kəndi (FOTO/VİDEO)
Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab
Fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulur - RƏSMİ
Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb
Sabah hava yağmursuz keçəcək
Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçirilə bilər
Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq çətindir - Nazir
Fevralın 1-dən sonra da şagirdlərin distant tədrisi seçmək hüququ var - Təhsil naziri
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Yaponiyanın ölkəmizdəki yeni səfiri ilə görüşüb (FOTO)
Müəllim və şagirdlərin davamiyyəti nəzarətdə saxlanılır
Azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq
Bakı Ali Neft Məktəbində “Qarabağın təbii sərvətləri" müzakirə olunub (FOTO)
İbtidai siniflərin nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin saytında yerləşdirilib
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri
Bütün xəbərlər