...

Müvəkkilin nümayəndələri “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbirində iştirak ediblər

Cəmiyyət Materials 29 Oktyabr 2019 10:01 (UTC +04:00)
Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu rayonun 311 nömrəli tam orta məktəbində “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirilib.
Müvəkkilin nümayəndələri “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbirində iştirak ediblər

Bakı. Trend:

Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu rayonun 311 nömrəli tam orta məktəbində “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Lamiyə Zeynalova və Dilşad İsmayılova, həmçinin Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi, həmin rayonda yerləşən bir neçə məktəbin direktorları, müəllimlər, məktəblilər və valideynlər iştirak ediblər.

Tədbirdə məktəblilər gender əsaslı zorakılıq mövzusu ətrafında hazırladıqları səhnəcikləri, video çarxı və rəsm əsərlərini nümayiş etdiriblər.

L.Zeynalova çıxış edərək vurğulayıb ki, qadın və uşaq hüquqlarının müdafiəsi, zorakılıqla mübarizə, gender bərabərliyinin təmin olunması məsələlərinə Ombudsman Elmira Süleymanova tərəfindən mühüm diqqət yetirilir, bu istiqamətdə davamlı, əhatəli və sistemli tədbirlər həyata keçirilir. Bununla yanaşı, Aparatın əməkdaşı məişət zorakılığı, erkən evlilik və təhsildən yayınma kimi mənfi halların qarşısının alınması sahəsində maarifləndirmə ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyətini diqqətə çatdırıb.

Sonda “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihədə fəal iştirak edən məktəblilər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti