...

Şah Mat Teatrının hazırladığı yeni tamaşa maraqla izlənilib

Cəmiyyət Materials 30 Yanvar 2020 14:59 (UTC +04:00)
Səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təqdim olunub
Şah Mat Teatrının hazırladığı yeni tamaşa maraqla izlənilib

Bakı. Trend:

Müstəqil Şah Mat Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının A.M. Şərifzadə səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Ölüm məhbusunun son günü” əsərinin motivləri əsasında hazırladığı “Edama məhkumun son günü” adlı tamaşa ilə çıxış edib.

Trend-in məlumatına əsasən, Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlu bildirib ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təqdim olunub.

Tanınmış yazıçı-şair Salam Sarvanın tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadədir.

Psixoloji dram janrında hazırlanan səhnə əsərində teatrın istedadlı aktyoru Anar Bulud çıxış edib.

Xronometrajı 40 dəqiqə olan tamaşanın rejissoru Mir Qabil Əkbərov fransız dramaturqunun klassik romanına tamamilə fərqli aspektdən yanaşmağı bacarıb, maraqlı bir monotamaşa ərsəyə gətirə bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti