...

Gəncə-Böyük Kəsik dəmir yolu istiqamətində YENİLİK (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2020 17:44 (UTC +04:00)
Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlər quraşdırılır.
Gəncə-Böyük Kəsik dəmir yolu istiqamətində YENİLİK (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlər quraşdırılır.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Qeyd olunub ki, dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində ümumilikdə 171 yoldəyişən qurğunun qoyulması nəzərdə tutulur:

"Prosesə ötən ilin avqust ayının əvvəlində başlanılıb və bu günə qədər 119 yoldəyişən təzələnib. Sabah Tovuz stansiyasında daha 6 yoldəyişən təzələnməsi planlaşdırılır. Prosesi “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edir. Yoldəyişən qurğular dəmir-beton tirlər üzərində qoyulur ki, bu da hərəkətin təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi baxımından çox əlverişlidir və sürətin artırılmasına imkan verir. Yeni yoldəyişənlər üzərindən hərəkət edən qatarlar bir yoldan digərinə təhlükəsiz şəraitdə keçəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti