...

Pirallahıda üçotaqlı evdə yanğın olub

Cəmiyyət Materials 7 Fevral 2020 10:05 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Pirallahıda üçotaqlı evdə yanğın olub

Bakı. Trend:

Paytaxtda üçotaqlı evdə yanğın baş verib.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata əsasən, Bakı şəhərinin Pirallahı rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və bir otağında yataq dəsti yanıb.

Yüksək temperaturdan kondisioner əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti