Bakı. Trend:
Əlahiddə Çevik Polis Alayı yeni geyim formasına keçib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir, general-polkovnik Vilayət Eyvazov Əlahiddə Çevik Polis Alayında müasir və rahat, həmçinin, daha keyfiyyətli materialdan olan yeni geyim formasının tətbiqi ilə əlaqədar Alayın şəxsi heyətinin sıra baxışını keçirib.