...

Şahdağ Milli Parkında piyadaların yürüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2020 09:46 (UTC +04:00)
“Təbiəti bizimlə birgə tanıyın” devizi altında Şahdağ Milli Parkının İsmayıllı bölməsində sərgi və piyada yürüş təşkil olunub.
Şahdağ Milli Parkında piyadaların yürüşü keçirilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

“Təbiəti bizimlə birgə tanıyın” devizi altında Şahdağ Milli Parkının İsmayıllı bölməsində sərgi və piyada yürüşü təşkil olunub.

Trend-in məlumatına görə, Şamaxı, Qəbələ və İsmayıllıdan olan təbiətsevərlərin Cavanşir qalasına piyada yürüşündən sonra milli parkda nümayiş etdirilən sərgiyə baxış keçirilib.

Şahdağ Milli Parkının direktoru Akif Məmmədov jurnalistlərə bildirib ki, sərgidə ətraf kəndlərdə yaşayan əhali tərəfindən hazırlanmış milli parkın atributları əks olunan əl işləri və müxtəlif rəsmlər nümayiş etdirilib.

A.Məmmədov qeyd edib ki, Cavanşir qalasına yürüşün və sərginin təşkilində məqsəd bölgənin qədim tarixini təbliğ etmək, yerli əhalinin turizm xidmətləri sahəsində iştirakına şərait yaratmaq və Şahdağ Milli Parkına ekoturistlərin marağının artırılmasına nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti