...

Ötən il ərzində doğulan körpələrin sayı açıqlanıb

Cəmiyyət Materials 12 Fevral 2020 12:19 (UTC +04:00)
2019-cu ildə Azərbaycanda 141 179 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci illə müqayisədə 14,2-dən 14,3-ə qədər artıb.
Ötən il ərzində doğulan körpələrin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

2019-cu ildə Azərbaycanda 141 179 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci illə müqayisədə 14,2-dən 14,3-ə qədər artıb.

Trend-in məlumatına görə, körpələrdən 3356-sı əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır.

Əhalinin hər 1000 nəfərinə doğum Dağlıq Şirvan (16,7), Kəlbəcər-Laçın (16,0), Aran (15,6), Quba-Xaçmaz (15,5), Lənkəran (15,4) və Yuxarı Qarabağ (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən (14,3) yüksək olub.

Ötən il ölkədə 55916 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti