...

Uşaqlarda artıq çəki – onun sağlam inkşaf etdiyinin göstəricisi deyil

Cəmiyyət Materials 17 Fevral 2020 12:30 (UTC +04:00)

Bakı. Trend:

Uşaqlarda artıq çəki və piylənmə orqanizmdə metabolik pozğunluqların əsasını qoyur və gələcəkdə metabolik sidromun inkşafına səbəb olur.Metabolik sindromun ağırlaşmaları erkən ölüm risqini artırır.

Günümüzdə çox aktual problemdir,geniş yayılmasının əsas səbəbi valideynlərin artıq çəkini sağlamlıq kimi düşünmələri və hansı ciddi patologiyalara səbəb olacağından məlumatsız olmalarıdı. Bu gün bu problem haqqında pediatr, dietoloq, uşaq piylənməsi üzrə mütəxəssis ,Nutrisiologiya, Dietologiya və Piylənmənin profilaktikası akademiyasının (ANDOP) təlimçisi Gülsüm Hüseynova ilə danışacayiq

- Sizcə uşaqlarda piylənmənin təməli nə zaman qoyulur?

- Piylənmənin təməli əksər vaxtlarda bətndaxili və erkən uşaqlıq dövründə qoyulur.Piylənməsi olan qadınlarda və ya hamiləlik zamanı normadan artıq çəki yığan qadınlarda hestasyon diabet risqi artır, bu da makrosomiyaya səbəb olur.Eyni zamanda bətndaxili qida yetərsizliyi ,hipoksiya döldə metabolik pozğunluqların təməlini qoyur, döl az çəki ilə doğulur. Hər iki halda bətndaxili təməli qoyulmuş metabolik pozğunluqlar, kiçik yaşlardan uşaqlarda piylənmənin inkşafına səbəb olur.

Tərkibində artıq miqdarda süd zülalları olan qarışıqlar alan süni qidalanan uşaqlarda və əlavə qidalanma zamanı xüsusilə süd məhsullarının vaxtından əvvəl və ya artıq miqdarda rasiona daxil edilməsi insulinogen amin turşularının səviyyəsini qanda qaldırır. O da insulin və insulinəbənzər boy faktoru-1 in səviyyəsini qaldırır,bu uşaqlarda sürətli boy inkşafı olur. Hər iki hormon adipogen təsir göstərdiyi üçün piylənmənin erkən başlamasına səbəb olur.

- Dövrümüzdə uşaq piylənməsinin bu cür epidemiya halina çevrilməsinə nə səbəb olub?

- Rafinə olunmuş yuxarı kalorili qidaların geniş reklamı,asan əldə olunması,fast-food restoranlarının sayının artması ,təbii ,sağlam qidanın qiymətinin baha olması alimentar faktor olaraq piylənməyə səbəb olur.Həmçinin müasir dövrümüzdə uşaqlar tərəvəz,meyvə, paxlalılar, tumlar,çərəzlər gündəlik təlabatlarından az qebul edirlər.

Məktəblərdə idman dərslərinin digər dərslərlə əvəz edilməsi,uşaqların həyətdə oyun sahələrinin olmaması passiv video oyunlara, televizora marağını artırır.Hipodinamiya piylənmənin yaranmasına səbəb olan əsas faktorlardan biridir

Çox təəsüflər olsun ki 1ci dərəcəli piylənməsi olan uşaqların 5-6 %i həkimə müraciət edirlər.Halbuki bütün uşaq piylənməsinin 65-70 % ni 1ci dərəcəli piylənmə təşkil edir.Əksər vaxtlarda piylənmədən 10 – 15 il sonra pubertat dövründə piylənmənin səbəb olduğu yanaşı patalogiyalara(doyma hissinin olmaması,susuzluq hissinin artması,androgendənasıli dermopatiyalar,oliqomenoreya,arterial hipertenziya və s) görə həkimə müraciət edirlər.Bunun da əsas səbəbi valideynlər artıq çəkinin sağlamlıq olduğunu,uşağın düzgün inkşaf etdiyini düşünmələridir.

- Uşaq piylənməsinin müalicəsində qarşınıza çıxan çətinliklər?

- Piylənmənin müalicədə ən birinci və ən çətin işimiz uşaqda dayanıqlı motivasiya yaratmaqdır.Bütun ailə üzvləri uşağı artıq çəkili olduğunu düşünüb,ailəlikcə qidalanma davranışlarını dəyişməlidirlər.Əgər ailədən heç olmasa bir nəfər uşağın artıq çəkili olduğunu düşünmürsə, kənarda uşağı sadə şəkərlər,yağlı qidalarla yedizdirəcək və bizim işimizin nəticəsi olmayacaq.Bu işdə bütün ailə üzvləri istəkli olmalıdırlar.

- Az kalorili diyetləri uşaqlara təyin etmək olarmı?

- Uşaq inkşaf edən orqanizmdir.Onun düzgün formalaşması üçün makro və mikronutriyentlərlə zəngin tam dəyərli rasiona ehtiyyacı vardır.

Bu gün görürük ki, tez nəticə əldə etmək üçün uşaqlara təyin olunan az kalorili diyetlər uşağın sağlamlığına ciddi fəsadlar verirlər.

Qidalanma programı təyin edən zaman bizim ilk etapda məqsədimiz çəki artımının qarşısını almaq,əzələ tonusunu artırmaq,uşağın psixoemosional vəziyyətini yaxşılaşdırmaq olmalıdır.Qidalanmanı uşağın yaşına uyğun fizioloji normaya uyğunlaşdıraraq,fiziki aktivliyi artırırıq.Daha sonra etaplı olaraq subkalorili rejimə keçirik.Ehtiyyac varsa medikamentoz müalicədən istifadə edirik.

5)Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyası bu gün aktiv şəkildə piylənmə ilə mübarizə üçün mütəxəssislər hazırlayır. Mərkəzinizdə uşaq piylənməsi ilə mübarizə nece inkşaf edir?

Bu gün ANDOP Azərbaycanda Dietologiya və Piylənmənin profilaktikası üzrə mütəxəssislər hazirlayan yeganə orqanizasiyadır. Nəzərə alsaq ki, ANDOP Dünya Piylənmə Federasiyasının(World Obesity Federation – WOF) üzvüdür və Piylənməni Öyrənən Avropa Assosasiyasının (The European Association for the Study of Obesity – EASO) üzvlüyünə hazırlaşır bizim bütün təlimlərimiz bu cür beynəlxalq səviyyədə keçirilir.

Pediatrlarımızı xüsusilə sahə həkimlərimizi təlimlərimizdə görməyi çox istərdim.Çünki onlar daim uşaqlarla kontaktda olurlar və usaqlarda artıq çəkini ilk olaraq onlar görürlər.Biz pediatrlar, dietoloq, nutrisioloqlar birlikdə fəaliyyət göstərərək, valideynləri düzgün yönləndirməklə, piylənmənin fəsadlarını onlara düzgün izah etməklə cəmiyyətimizdə uşaq piylənməsinin qarşısını ala bilərik.Hər zaman xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha asandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti