...

Zaur Əliyev: Xaricdə təhsil alan həkimləri regionlardakı xəstəxanalara cəlb etməyə çalışırıq

Cəmiyyət Materials 20 Fevral 2020 11:48 (UTC +04:00)
Xaricdə tibbi təhsil alan məzunları regionlara xəstəxanalarda işə cəlb etməyə çalışırıq. Məncə, artıq onların bəzilərində buna maraq yaranıb.
Zaur Əliyev: Xaricdə təhsil alan həkimləri regionlardakı xəstəxanalara cəlb etməyə çalışırıq

Bakı. İlhamə İsabalayeva - Trend:

Xaricdə tibbi təhsil alan məzunları region xəstəxanalarında işə cəlb etməyə çalışırıq. Məncə, artıq onların bəzilərində buna maraq yaranıb.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması üçün hökumətə təkliflər verilməsi planlaşdırılır. Hazırda bununla bağlı təhlillər aparılır.

Z.Əliyev deyib ki, Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı danışıqlar aparılır: "Bu proses hazırda Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Amma buna daha ciddi yanaşılmasını istəyirik".

İdarə heyətinin sədri onu da əlavə edib ki, kəndlərdə tibb məntəqələrinin vəziyyəti qənaətbəxş deyil: "Yerlərdə həkim çatışmazlığı var, avadanlıqlar istənilən səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə-müayinə aparmaqda çətinlik çəkirlər. Regionlardakı həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik. Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etməyi düşünürük. Bununla bağlı onlarla danışıqlar gedir, həvəsləndirmə tədbirləri də görüləcək. Rezidenturanı bitirən tələbələrin də regionlara göndərilərək, ən azı 3 il orada işləməsini təmin etmək niyyətindəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti