...

Orqanizmin immunitetini necə artırmaq olar

Cəmiyyət Materials 2 Mart 2020 15:50 (UTC +04:00)
Gündəlik iş və problemlər axınında biz bəzən sağlamlığımızın qayğısını çəkməyi unuduruq.
Orqanizmin immunitetini necə artırmaq olar

Bakı. Trend:

Gündəlik iş və problemlər axınında biz bəzən sağlamlığımızın qayğısını çəkməyi unuduruq. Sağlamlığın əsas faktoru immunitetdir.

Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, artıq qida qəbulu, bakteriya və virusların çoxluğu, balanslaşdırılmamış qida, axşam və gecə qida qəbulu, ərzaqların keyfiyyətinin aşağı olması. Alkoqol, siqaret, narkotiklərin qəbulu, antibiotiklər, passiv həyat tərzi, stresslər, yorğunluq, fiziki və emosional gərginlik də immuniteti azaldan səbəblərdəndir.

İmmunitet zəifləməsinin əsas əlamətləri. Tez yorulma, diqqət defisiti, yuxululuq, halsızlıq, əzələ ağrıları, dərinin quruması və qabıqlanması, tez-tez xəstələnmə, herpes, xroniki xəstəliklərin meydana çıxması. Qıcıqlanma və əsəbilik də immunitetin azalmasının əlamətlərindəndir, çünki bizim psixi stabilliyimiz əsasən fiziki sağlamlığımızdan asılıdır.

Biz öz immunitetimizə necə kömək göstərə bilərik? Müxtəlif dərmanlar, müalicəvi otlardan dəmləmələr, vitaminlər düzgün istifadə edildiyi halda immuniteti möhkəmləndirə bilər, lakin bizim özümüzün edə biləcəyimiz elementar şeyləri əvəz edə bilməz. Unutmamalıyıq ki, ən yaxşı müalicə - profilaktikadır, profilaktika isə hər şeydən öncə immunitetin möhkəmlənməsidir.

İmmuniteti necə möhkəmləndirmək olar? İmmunitetin möhkəmləndirilməsi birdəfəlik prosedur deyil, diqqət və zaman tələb edən sistemli, kompleks yanaşmadır. Hər şeydən öncə qidalanmaya diqqət yetirilməlidir. Düzgün qidalanma – minerallar, vitaminlər, bitki və heyvan mənşəli yağlarla balanslaşdırılmış və bişirilmiş qidalardır. Eyni zamanda yuxu rejimi və müddətinə, qidalanma rejiminə riayət etmək, artıq qida qəbul etməmək çox vacibdir. Qidanın normadan artıq qəbul olunması orqanizmin şlaklarla yüklənməsi ilə nəticələnir ki, bu da immunitetin zəifləməsinə səbəb olur. Aktiv həyat tərzi sağlamlığın əsasını təşkil edir. Qaçmaq, üzmək, səhər idmanı, aerobika immunitetə müsbət təsir göstərir.

Balanslaşdırılmış qidalamaya vitamin, mineralların əlavə edilməsi də immunitetə müsbət təsir edir, çünki indiki ekoloji durumla əlaqədar təbii ərzaqlarda orqanizmə lazım olan maddələrin hamısı mövcud deyidir. Əksər hallarda zəif immunitet orqanizmdə vitamin və mineralların miqdarının az olması ilə əlaqədardır. Xalq təbabətində təklif olunan, immunitetin artırılması üçün nəzərdə tutulan, bitkilər, giləmeyvələr, çərəzlər əsasında olan reseptlərin istifadəsi də müsbət nəticələr verir.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti