...

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb

Cəmiyyət Materials 23 Mart 2020 16:29 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir.
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb

Bakı. Trend:

Martın 28-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, həmin tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən qatarlar, Sumqayıtdan isə Bakıya saat 17:45, 18:45 və 19:30 - da qayıtmalı olan qatarların hərəkəti ləğv olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti