...

Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb

Cəmiyyət Materials 4 Aprel 2020 15:17 (UTC +04:00)
Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb

Bakı. Trend:

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb.

Trend-in məlumatına görə, videoçarxda ciddi zərurət olmadığı halda evdən çıxmamaq, işləri internet və digər zəruri resurslar vasitəsilə evdə həyata keçirmək tövsiyə olunur. Virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsi və vətəndaşların evdə qalmasının vacibliyi göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti