...

Evdə qal və muzeylərə səyahət et (VİDEO)

Cəmiyyət Materials 6 Aprel 2020 16:42 (UTC +04:00)
Evdə qal və muzeylərə səyahət et (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşların evdə qalarkən vaxtlarının daha faydalı təşkili məqsədilə növbəti maraqlı layihəyə start veriblər.

Gənclər Fondundan Trend-ə verilən məlumata görə, “Evdə qal və evdə öyrən” çağırışı ilə Bakı şəhərində yerləşən muzey və sərgi komplekslərinə virtual səyahət formatında olan bu layihə vətəndaşların evdə qalarkən vaxtlarını daha səmərəli və maraqlı keçirməsini, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasını ehtiva edir.

Təşəbbüs çərçivəsində ilk virtual tur Heydər Əliyev Mərkəzində yerləşən muzeyə təşkil edilib.

Virtual tur zamanı seyrcilərə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən və dövlətçilik tariximizin mühüm nümunələri olan eksponatlar, videomateriallar, fotoşəkillər və sənədlər nümayiş etdirilib.

Azərbaycanın bir sıra aparıcı muzeylərini əhatə edəcək layihə vətəndaşların və xüsusilə də gənclərin mənəvi cəhətdən zənginləşməsinə, fərdi inkişafına və biliklərini artırmasına xidmət edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti