...

Dillər Universitetinin Konfutsi İnstitutu Nərimanova həsr olunmuş onlayn seminar keçirib

Cəmiyyət Materials 15 Aprel 2020 19:24 (UTC +04:00)
Dillər Universitetinin Konfutsi İnstitutu Nərimanova həsr olunmuş onlayn seminar keçirib

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu görkəmli Azərbaycan yazıçısı və dövlət və ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr olunmuş "Şərq xalqlarının birinci qurultayı" onlayn seminar keçirib.

ADU-dan Trend-ə bildirilib ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamını xatırladaraq, Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda keçirilən Şərq xalqlarının birinci qurultayında Çindən olan nümayəndə heyətinin iştirakından danışıb. R. Abbasov həmçinin qurultayın yeddinci sessiyasında Çin nümayəndəsi, yoldaş Van – "Şərq xalqlarının təbliği və hərəkətləri Şurası"nın Qurultayın icra orqanı üzvlərinin tərkibinə daxil olduğunu və qurultay nümayəndələrinin qəbul etdiyi "Şərq xalqlarına qarşı manifest"in altında öz imzasını qoyduğunu da qeyd edib.

O, Çin Kommunist Partiyasının tanınmış xadimi və Çin Kommunist Gənclər İttifaqının yaradıcısı Yuy Susunla bağlı maraqlı tarixi faktdan da danışıb. O, 1925-ci ildə partiya tərəfindən Moskvaya göndərilmiş, orada oxuyub və Nərimanov təxəllüsü ilə Sun Yatsen adına Çin zəhmətkeşlər Universitetinə dərs demişdir. O zaman təxəllüslər bütün Çin tələbələrinə yalnız konspirasiya nöqteyi-nəzərindən deyil, həm də ümidlə verilib ki, onlar gələcəkdə də belə məşhur dövlət xadimləri olsunlar. ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri “XX əsrin 20-30 – cu illərində Azərbaycan və Çinin ictimai – siyasi və sosial-iqtisadi vəziyyəti" mövzusunda keçirilən diskussiyada iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti