...

Mülki Aviasiya Agentliyinin kollektivi Azərbaycan Prezidentinin təşəbbüsünə qoşulub

Cəmiyyət Materials 16 Aprel 2020 11:50 (UTC +04:00)
Mülki Aviasiya Agentliyinin kollektivi Azərbaycan Prezidentinin təşəbbüsünə qoşulub

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Mütəttişliyinin kollektivi rəhbərliyin təşəbbüsünü dəstəkləyərək dünyada pandemiyanın yayılması ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərə maliyyə yardımının göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin çağırışına qoşulub.

Agentlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Mülki Aviasiya Agentliyinin və Dövlət Mütəttişliyinin bütün işçilərinin rüblük mükafatlarından pul vəsaitləri köçürülüb.

Bir müddət öncə məlumat verildiyi kimi, agentliyin və Dövlət Mütəttişliyinin rəhbər heyətinin əməkhaqlarından sözügedən fonda pul vəsaitləri ianə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti