Bakı. Trend:
Yarım ayda 10 minə yaxın ailə bu yardım proqramına cəlb olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı sosial yardım proqramının icra mexanizminin sadələşdirilməsi və yardım təyinatı şərtlərinin yumşaldılması, aztəminatlı ailələrin bu proqramdan faydalanmaq imkanlarının artırılması təmin olunur.
Nəticədə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı aprel ayında 14 faiz və ya 9500 ailə artaraq 79500-ə, yardım alan ailə üzvlərinin sayı isə 40 min nəfər artaraq 333 minə çatıb.
Hər ailəyə düşən yardımın orta aylıq məbləği 222 manatı ötüb.
Sosial dəstək tədbirlərindən biri kimi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.