...

Pandemiya dövründə geyim mağazalarında paltardəyişmə otaqlarından istifadə qadağan edilir

Cəmiyyət Materials 2 May 2020 16:20 (UTC +04:00)
Pandemiya dövründə geyim mağazalarında paltardəyişmə otaqlarından istifadə qadağan edilir

Bakı. Trend:

Pandemiya dövründə geyim satışı icra olunan mağazalarda paltardəyişmə otaqlarından istifadə qadağandır.

Trend-in məlumatına görə, bu barədə geyim satışı ilə bağlı hazırlanan təlimat qaydalarında qeyd olunub.

Eyni zamanda, bu müddətdə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır.

Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyətinə gəlincə, müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Bu qayda mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri ilə məşğul olan yerlərə də aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti