...

Ramin Bayramlı: Qrup şəklində koronavirusa yoluxmalar müşahidə edirik

Cəmiyyət Materials 9 May 2020 18:16 (UTC +04:00)
Ramin Bayramlı: Qrup şəklində koronavirusa yoluxmalar müşahidə edirik

Bakı. İlhamə İsabalayeva – Trend:

Koronavirus xəstəliyinin birinci mərhələsində yoluxma pərakəndə şəkildə qeydə alınırdı. Amma indi qrup şəklində yoluxmalar müşahidə edirik.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, artıq yoluxma ilə bağlı sporadik hallara rast gəlinir: “Bu da yaxın təmasda olan insanların bir-biriləri ilə sosial məsafə gözləməməsi, qoruyucu maskalardan istifadə etməməsinin nəticəsidir. Buna görə də qrup şəklində yoluxmalar müşahidə edirik”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti