...

ƏƏSMN-də elektron arayış xidmətlərinin sayı artırılır

Cəmiyyət Materials 12 May 2020 10:50 (UTC +04:00)
ƏƏSMN-də elektron arayış xidmətlərinin sayı artırılır

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 240 min şəxsə elektron arayış verilib.

Naizirlikdən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 240 min şəxsə elektron qaydada arayış verilib.

Vətəndaşlar hər hansı quruma müraciət etmədən, həmin arayışları Nazirliyin e-arayış xidmətlərindən istifadə edərək əldə ediblər.

Nazirliyin əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində ötən il 13 e-arayış xidməti istifadəyə verilməklə, qurumun e-arayış xidmətlərinin sayı15-ə çatıb. Həmin e-arayış xidmətləri iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları e-qaydada əldə edə bilməyə imkan yaradıb.

Bu il Nazirlik tərəfindən daha 15 növdə e-arayış xidmətinin yaradılması, e-arayış xidmətlərinin sayının 30-a çatdırılması işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti