...

Ramin Bayramlı: Xaricdən gələnlər arasında yoluxma 20 faiz təşkil edir

Cəmiyyət Materials 15 May 2020 17:56 (UTC +04:00)
Ramin Bayramlı: Xaricdən gələnlər arasında yoluxma 20 faiz təşkil edir

Bakı. İlhamə İsabalayeva – Trend:

Ümumilikdə son dövrlər ərzində çarter reysi ilə Azərbaycana gələnlərin analizləri onu göstərir ki, xaricdən gələnlər arasında yoluxma 20 faiz təşkil edir.

Trend-in məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, vətəndaşların xaricdən Azərbaycana gətirilməsi davam edəcək:

“Amma onların karantin müəssisələrinə yerləşdirilməsi də davam etdiriləcək. Təhlillər göstərir ki, bu virus uzun müddət bizimlə yaşayacaq, amma biz uzun müddət karantin şəraitində yaşaya bilmərik. Xəstəlik sürətlə yayılır. Xəstəliyi həddindən artıq ağır keçirənlər var. Bu xəstəlikdən qorunmağın yolu asandır və kontrollu sosial həyatdır. Bundan sonrakı devizimiz kontrollu sosial həyat olmalıdır. Bu da tibbi maskalardan istifadə və sosial məsafənin gözlənilməsidir. Bu qaydaların hər ikisinə birlikdə əməl edilməlidir. Nəzərə alaq ki, hər bir yoluxma tibb işçiləri üçün bir yükdür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti