...

Koronavirusla Mübarizəyə Dəstək Fonduna 114 milyon manatdan çox ianə köçürülüb

Cəmiyyət Materials 26 İyun 2020 19:29 (UTC +04:00)
Koronavirusla Mübarizəyə Dəstək Fonduna 114 milyon manatdan çox ianə köçürülüb

Bakı. Trend:

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.

Trend-in məlumatına görə, bu günə kimi Fonda 114 072 570 manat vəsait köçürülüb.

İanə köçürən şəxslər arasında 3372 hüquqi, 12 099 fiziki şəxs var.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti