...

DİM Mədəniyyət Nazirliyinə işə qəbul olmaq istəyən namizədlərə müraciət etdi

Cəmiyyət Materials 30 İyul 2020 16:05 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi Mədəniyyət Nazirliyində vakant inzibati vəzifələrin tutulması məqsədilə 13 yanvar 2020-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərə müraciət edib.
DİM Mədəniyyət Nazirliyinə işə qəbul olmaq istəyən namizədlərə müraciət etdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) Mədəniyyət Nazirliyində vakant inzibati vəzifələrin tutulması məqsədilə 13 yanvar 2020-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərə müraciət edib.

DİM-dən bildirilib ki, Mədəniyyət Nazirliyindən Dövlət İmtahan Mərkəzinə daxil olmuş məktubda yeni mədəniyyət idarəetmə sisteminin formalaşdırılması məqsədilə Nazirlikdə struktur dəyişikliklərinin aparıldığı bildirilir.

Struktur dəyişikliyi ilə əlaqədar olaraq, Nazirliyin aparatında və strukturuna daxil olan qurumlarda vakant inzibati vəzifələrin tutulması məqsədilə 13 yanvar 2020-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə planlaşdırılmış müsahibələr ləğv edilmişdir.

Struktur dəyişikliyi yekunlaşdıqdan sonra Nazirlikdə vakant olan vəzifələrin tutulması məqsədilə yeni müsahibə elanlarının verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti