...

DİM qabiliyyət imtahanlarında iştirak edəcək abituriyent və subbakalavrlara müraciət edib

Cəmiyyət Materials 24 Avqust 2020 13:10 (UTC +04:00)

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyent və subbakalavrlara müraciət edib.

DİM-dən Trend-ə verilən məlumata görə, abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.

Abituriyentlər və subbakalavrlar bu gündən etibarən tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin və bəzi ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarında iştirak üçün qabiliyyət imtahanlarına buraxılış vərəqələrini çap edə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul üçün 20, 21, 22, 23, 24, 25, 27, 28, 29, 30, 31-ci, orta ixtisas təhsili müəssisələrinə qəbul üçün isə 16, 17, 33, 34, 35, 37, 54, 55-ci komissiyalar üzrə buraxılış vərəqələrini çap etmək mümkündür.

Abituriyentlər buraxılış vərəqələrini buradan çap edə bilərlər.

26 avqust 2020-ci il tarixindən başlayaraq tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanları keçiriləcək. Ona görə də kolleclərə qəbul olmaq üçün qabiliyyət imtahanı verəcək abituriyentlərə buraxılış vərəqələrini avqustun 26-dək çap etmələri tövsiyə olunur.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Teatr, kino və xoreoqrafiya sənəti” istiqamətinin 55-Xoreoqrafiya sənəti və 54-Rəqs müəllimliyi komissiyaları üzrə ifaçılıq fənni imtahanının məzmunu eynidir. Buna görə də abituriyentin ifaçılıq fənni üzrə bu iki komissiyanın hər hansı birində aldığı müsbət qiymət digər komissiyaya (həmin komissiya üzrə də qeydiyyatdan keçibsə) da şamil edilir.

54 və 55-ci komissiyaları (xoreoqrafiya və rəqs müəllimliyi) seçən abituriyentlər qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağ ciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli­ və özləri ilə rəqs paltarı gətirməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti