Bakı. İlhamə İsabalayeva – Trend:
Maskaların ölkə ərazisindən aparılması üçün qoyulan müvəqqəti məhdudlaşdırma aradan qaldırılıb.
Trend-in məlumatına görə, Nazirlər Kabineti “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarında dəyişiklik edib.
Bu dəyişikliyə əsasən, qərarın qüvvədə olma müddəti sentyabrın 1-dən noyabrın 1-dək uzadılıb.
Həmin Qərara əlavə – “Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı”na da dəyişiklik edilib.
Bu dəyişikliyə əsasən, maskalar gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısından çıxarılıb.
Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı
Sıra №-si |
XİF MN üzrə kod |
Malın adı |
1 |
2 |
3 |
1. |
2207 10 000 0 |
Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti |
2. |
2207 20 000 0 |
Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar |
3. |
2208 90 910 0 |
Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan |
4. |
2208 90 990 0 |
Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan |
5. |
Qrup 30-dan |
Əczaçılıq məhsulları (pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırıl-mayan tənzif və tənzif məmulatları, habelə 3001 və 3006 mal mövqelərində təsnifləşdirilənlər istisna olmaqla) |
6. |
3808 94-dən |
Dezinfeksiyaedici vasitələr |
7. |
3822 00 000 0-dan |
Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər |
8. |
3926 20-dən |
Baxillər |
9. |
4015 19-dan |
Steril və qeyri-steril əlcəklər |
10. |
5603-dən |
Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların) istehsalında istifadə olunan parçalar |
11. |
6210 10-dan |
Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar) |
12. |
6307 90-dan |
Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar) |
13. |
9004 90-dan |
Tibbi personalın istifadəsi üçün hermetik qoruyucu eynəklər |
14. |
9019 20 000 0 |
Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik tənəffüs aparatı |
15. |
9025 19-dan |
İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər |