...

BŞBPİ: Bakıda razılaşdırılmamış küçə yürüşünə cəhd edilib

Cəmiyyət Materials 9 Sentyabr 2020 16:21 (UTC +04:00)
BŞBPİ: Bakıda razılaşdırılmamış küçə yürüşünə cəhd edilib

Bakı. Trend:

Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd etmişdir.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə bildirilib ki, ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınmış, iştirakçılar ərazidən uzaqlaşdırılmışlar.

Saxlanılan və ya həbs edilən olmamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti