...

Səfərbərliyə cəlb olunan müəllimlərin əvəzinə başqa müəllimlər dərs keçəcək - Nazir

Cəmiyyət Materials 30 Sentyabr 2020 17:36 (UTC +04:00)
Səfərbərliyə cəlb olunan müəllimlərin əvəzinə başqa müəllimlər dərs keçəcək - Nazir

Bakı. İlhamə İsabalayeva – Trend:

Səfərbərliyə cəlb olunan müəllimlərin əvəz olunması proseduruna uyğun olaraq, səfərbərliyə cəlb olunan müəllimlərin əvəzinə dərslərə başqa müəllimlər salınacaq.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanda müəllim sıxlığının olması bu problemin həllinə yardım edəcək.

E.Əmrullayev bu məsələ ilə bağlı problemin yaranmayacağına da əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti