...

Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək - Layihə təsdiqləndi

Cəmiyyət Materials 2 Oktyabr 2020 12:35 (UTC +04:00)
Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək - Layihə təsdiqləndi

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsində edilən dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Xəbər lenti

Xəbər lenti