Bakı. İlhamə İsabalayeva - Trend:
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən Trend-ə bildirilib ki, oktyabrın 3-də 13 şagirdin, 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 20 şagird və 16 işçidə koronavirus aşkarlanıb.
Distant təhsilə keçirilmiş siniflərin sayı 4 olub.
Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 27 olub.