...

UNEC QS Regional reytinqində 30 pillə irəliləyib

Cəmiyyət Materials 16 Dekabr 2020 17:10 (UTC +04:00)
UNEC QS Regional reytinqində 30 pillə irəliləyib

Bakı. Trend:

QS Reytinq Agentliyinin 2021-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionun 221-230 ən yaxşı universiteti arasında qərarlaşaraq, ötən ilki nəticə ilə müqayisədə 30 pillə yüksəlib.

Ötən illə müqayisədə indikatorlar üzrə topladığı balları artıran UNEC, builki nəticələrə görə bir pillə yüksəlib və Azərbaycanın ən reytinqli 2-ci universiteti olub. İxtisaslaşmış Azərbaycan universitetləri arasında isə UNEC birinci yerdədir.

Reytinq təşkilatında UNEC-in əldə etdiyi ən yaxşı nəticə “İşəgötürənlər reputasiyası” indiqatoru üzrə olub. Region universitetləri arasında 96-cı ən yaxşı nəticəni əldə edən UNEC Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb.

“Akademik Reputasiya” indikatoru üzrə ötən illə müqayisədə 17 pillə irəliləyən UNEC regionda 136-cı, Azərbaycanda isə ikinci ən yaxşı nəticəni əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti