...

Ağdamın işğaldan azad olunan ərazilərində 700 hektar taxıl əkilib (ÖZƏL)

Cəmiyyət Materials 6 Yanvar 2021 12:16 (UTC +04:00)
Ağdamın işğaldan azad olunan ərazilərində 700 hektar taxıl əkilib (ÖZƏL)

Bakı. Samir Əli - Trend:

Ağdam rayonunda işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir.

Bu barədə Trend-ə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev deyib.

O bildirib ki, artıq işğaldan azad edilən ərazilərdə taxıl əkininə də başlanıb:

"Minalardan təmizlənmiş ərazilərdə taxıl əkini aparılır. Artıq 700 hektardan artıq ərazi təmizlənərək şumlanıb və taxıl əkilib. Proses davam etdirilir.

A. Əliyev bildirib ki, ərazi tam olaraq minalardan təmizlənəndən sonra həmin ərazilərdə bərpa işlərinə başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti