Bakı. İlhamə İsabalayeva - Trend:
İşğaldan azad edilən ərazilərdə mühafizə olunan təbiət əraziləri vətəndaşlar üçün daha əlçatan olacaq.
Trend-in məlumatına görə, bunu ETSN Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda bildirib.
Onun sözlərinə görə, bununla bağlı layihələr hazırlanır və vətəndaşlara bu barədə əlavə məlumat veriləcək: “Xüsusi tərzdə yaradılacaq xüsusi mühafizə olunan təbiət əraziləri sizi gözləyəcək”.