...

Study UK proqramının məzunlarının mükafatlandırma mərasimi keçirilib

Cəmiyyət Materials 10 Fevral 2021 02:51 (UTC +04:00)
Study UK proqramının məzunlarının mükafatlandırma mərasimi keçirilib

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonun iştirakı ilə "Study UK" proqramının məzunlarının mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz "Twitter" səhifəsində bildirilib.

"Bu il Böyük Britaniya Məzunlarının Mükafatlandırılması möhtəşəm oldu: ilk dəfə onlayn olaraq təşkil edildi və bu il Nazirimizlə birlikdə iqamətgahımda ev sahibliyi etməkdən məmnun oldum. Bütün qalibləri təbrik edirəm!", - səfir "Twitter" səhifəsində yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti