...

AQTA şirniyyat evində nöqsanlar aşkarladı

Cəmiyyət Materials 15 Fevral 2021 17:21 (UTC +04:00)
AQTA şirniyyat evində nöqsanlar aşkarladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən "Qızıl Qaya 2017" MMC-yə məxsus "Tural" şirniyyat evində yoxlama keçirib.

Agentlikdən Trend-ə verilən məlumata görə, yoxlama zamanı qida məhsullarının istehsalı, daşınması, saxlanması, qablaşdırılması, etiketləşdirilməsi və satışı sahəsində normativ texniki sənədlərin tələblərinə əməl olunmadığı aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub:

"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti