...

AMEA-da virtual laboratoriyalar yaradıla bilər

Cəmiyyət Materials 26 Fevral 2021 17:27 (UTC +04:00)
AMEA-da virtual laboratoriyalar yaradıla bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələrində virtual laboratoriyaların yaradılması tövsiyə olunub.

Trend-in məlumatına görə, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn ümumi yığıncağında Humanitar və İctimai Elmlər bölmələrinin elmi-tədqiqat müəssisələri ilə ali təhsil müəssisələri arasında əlaqələri genişləndirmək məqsədilə baza kafedraların, beynəlxalq elmi əməkdaşlığı gücləndirmək üçün isə virtual laboratoriyaların yaradılması tövsiyə olunub.

İclasda Abbasqulu Ağa Bakıxanov adına Tarix, Fəlsəfə və Sosiologiya, Folklor institutlarının, Milli Azərbaycan Tarixi Muzeyinin struktur dəyişikliyi məsələləri müzakirə edilib, Rəyasət Heyətinin iclasına təqdim olunması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti